Fransua Ollanddan xəbərdarlıq: “Terror aktları davam edə bilər”

Fransua Ollanddan xəbərdarlıq: “Terror aktları davam edə bilər”
16:19 9 Yanvar 2015
111 Dünya
Ölkə mətbuatı
A- A+

 

Fransa prezidenti Fransua Olland ölkəsində terror aktlarının davam edə biləcəyini istisna etməyib.

 

APA-nın “Sabah”a istinadən verdiyi məlumata görə, “Charlie Hebdo” jurnalının redaksiyasına terror hücumunda şübhəli bilinən şəxslərin saxlanılması məqsədi ilə keçirilən əməliyyata rəhbərlik edən F. Olland Fransanın sülhü möhkəmləndirmək istəyən bir ölkə olduğunu vurğulayıb.

 

“Hücum edən şəxslər hələ tutulmayıb, əməliyyat davam edir. Hazırda əlimizdən gələn edirik, ölkəmizi qorumağa çalışırıq”, – deyə Fransa prezidenti qeyd edib.

 

O bildirib ki, dekabr ayından indiyədək müxtəlif kəşfiyyat məlumatları əldə olunub. F. Ollanda Fransanın yeni hücumlarla üzləşəcəyini istisna etməyib: “Bu hücumlardan sonra müxtəlif bölgələrdə nümayişlər olacaq. Buralarda təhlükəsizlik təmin olunmalıdır və xalqımız terrora qarşı mövqeyini ortaya qoymalıdır. Təkcə Parisdə deyil, kəndlərdə belə nümayişlər keçirilir. Hər kəs terrora qarşı bir olmalıdır. Fransa güclü dövlətdir, biz öz vətəndaşlarımızı qoruyacağıq”.

 

 

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR