Obama ilə görüşmək istəyən qadın öldü

Obama ilə görüşmək istəyən qadın öldü
04:21 7 Aprel 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Altı gün planetin ən yaşlı sakini olan qadın dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama ilə görüşmək arzusunda olduğu bildirilən planetin ən qoca sakininin arzusu ürəyində qaldı. Bu barədə “Associated Press” xəbər yayıb.

ABŞ-ın Arkanzas ştatında yaşayan Qertruda Uiver adlı 117 yaşlı sakin ölkə prezidenti Barak Obamaya iki dəfə seçkidə səs verib.

Qeyd edək ki, aprelin ilk günü 117 yaşlı yaponiyalı Misao Okavanın dünyasını dəyişməsilə planetin ən yaşlı sakini statusu Qertruda Uiverə keçmişdi.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=336287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR