Balın saxta olub-olmadığını bu üsullarla yoxlayın - Qoxusu yoxdursa...

Saxta balla təbii bal arasındakı fərqi anlamaq çox çətindir.

Təbii bal ən doğru şəkildə laboratoriya analizlərindən sonra məlum olur. Bu səbəbdən də balı mütləq etibar etdiyiniz yerdən əldə edin.

Mütəxəssislər balın təbii olub-olmadığını belə anlayır

Mütəxəssislər balın təbii olub-olmadığının bu şəkildə anlaşıldığnın qeyd edir:

- Bal soyuducuda kristallaşırsa, təbiidir.

- Təbii bal qaşıqla götürüldüyü zaman kəsintisiz gəlməlidir.

- Soyuducuda təxminən bir ay qalan balın krem və ya kərə yağı qatılığına gəlməsi balın təbii olduğunu göstərir.

- Soyuq havada donmayan bal təbii bal deyil. Zeytun yağı donduğu kimi, qabın alt qisimləri donarsa, bu, təbii baldır.

- Saxta balın rəngi biraz daha açıqdır.

- Təbii balın qoxusu yoxdur.

- Təbii bal daha qatıdır.

- Təbii bal şəkərlə hazırlanan bala nisbətən daha kəskindir. Artıq yeyildiyi zaman burunda yanğı hissi yaradır.

- Balda az da olsa şəkərdən qaynaqlanan alkoqol olması səbəbilə kibrit çöpü və ya kağız üzərində cızıldayaraq yanır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR