Tanımadığı qadın maşın hədiyyə etdi

Tanımadığı qadın maşın hədiyyə etdi
04:49 7 Aprel 2015
57 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyada eşidənləri heyrətə salan bir hal yaşanıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, Baden-Vürttemberq əyalətində Lörrak şəhərində 21 yaşlı gənc həyatının hədiyyəsini alıb. Ona bu hədiyyəni verən isə küçədən keçən bir qadın olub. "Bild" qəzetinin məlumatına görə, gəncin qarşısına çıxan qadın "sizə öz maşınımı bağışlaya bilərəm?" deyə, sual verib. 53 yaşlı qadın xaricə getdiyini, həyatında yeni səhifə açmaq istədiyini deyib.

 

"Volkswagen Polo" markalı maşınını gəncə bağışlayan qadın bütün sənədləri də ona təqdim edib. Əlində sənədlər və maşının açarı ilə heyrətə düşən gənc dərhal polisə məlumat verib. Hadisə yerinə gələn polis qadını yoxlayıb onun ağlının başında olduğunu müəyyən edəndən sonra gəncə istəsə hədiyyəni qəbul edə biləcəyini deyib. Bundan sonra Florian adlı oğlan 10 min avro qiyməti olan hədiyyəni qəbul edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198438

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR