Zakir Həsənov başsağlığı verdi

Zakir Həsənov başsağlığı verdi
16:21 9 Yanvar 2015
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə Nazirliyi professor Zahid Qaralovun vəfatı ilə bağlı başsağlığı verib.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi tanınmış ictimai xadim, professor Zahid Qaralovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Zahid Qaralov bir neçə gün əvvəl dünyasını dəyişib.

Bu barədə YAP-ın mətbuat xidmətindən ANS PRESS-ə bildirilib.

Qeyd edək ki, Zahid Qaralov məşhur 91-lərdən olub. Qaralov Zahid İbrahim oğlu 10 iyul 1934-cü ildə Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini bitirmişdir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun direktoru təyin olunmuşdur. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir. O, Azərbaycanın baş prokuroru Zakir Qaralovun əmisidir.

Allah rəhmət eləsin!

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=318694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR