Səudiyyə tək bacara bilmir

Səudiyyə tək bacara bilmir
04:51 7 Aprel 2015
124 Dünya
Ölkə mətbuatı
A- A+

Səüdiyyə Ərəbistanı Yəməndə husi üsyançılarla mübarizə məqsədləri üçün İslamabaddan yardım istəyib.

ANS PRESS-in məlumatına görə, bu barədə Pakistan Müdafiə Nazirliyi xəbər yayıb.

"Reuters" agentliyinin yaydığı xəbərə əsasən Pakistanın Müdafiə naziri Həvaca Məhəmməd Asif Ər-Riyadın Pakistandan hərbi gəmi, aviasiya və əsgəri güvvə istədiyini bildirib.

Pakistan Müdafiə naziri İslamabadın koalisiyaya qoşulmaq barədə Ər-Riyadın təklifinə necə münasibət bildirəcəyini açıqlamayıb. Bu məsələ hazırda Pakistan parlamentində müzakirə olunur.

Frans Press agentliyinin məlumatına əsasən, Pakistan indiyədək Yəməndə münaqişəsinin sülh yolu ilə həll olunması mövgeyindən çıxış edib.

Səüdiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələri koalisiyası 2 həftəyə yaxındır kı, Yəmən üsyançılarının mövgeyini havadan bombalayır.

Hər iki tərəf danışıqlara hazır olduğunu bildirərkən, Yəmən hüsiləri danışıqlara başlamaq üçün əsas şərt kimi bombardmana son qoyulmasını tələb ediblər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336288

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR