Putinin gizli sövdələşməsi

Putinin gizli sövdələşməsi
05:06 7 Aprel 2015
57 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov “Forbes” jurnalında dərc olunmuş “Donbas dialoqu” adlı iddiaları şərh etməkdən imtina edib.

ANS PRESS-in məlumatına görə, “Forbes” iddiasına görə, Ukrayna prezidenti Petro Poroşenko Rusiya prezidenti Vladimir Putinə “Donbası götürməyi” təklif edib.

Bazar ertəsi “Forbes” bir neçə mənbəyə istinadən məlumat verib ki, guya bu barədə Vladimir Putin martın 19-da biznesmenlərlə keçirdiyi görüşdə deyib. Jurnal onu da bildirir ki, Putin Poroşenkonun təklifini rədd edib. İki prezident arasında bu danışığın isə fevralın 11-12-də Minskdə yer aldığı bildirlir.

Dmitri Peskov bu xəbəri şərh etmək istəməyib. Vladmir Putinin sözçüsü deyib ki, “Forbes” bu söhbətin guya qapalı danışıqlarda getdiyini yazıb. “Biz isə qapalı görüşlər barədə şərh vermirik” – deyərək Peskov şərhdən qaçıb.

Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şokhin isə deyib ki, prezident Putinin dedikləri təhrif edilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336289

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR