“Azərbaycan İslam dininin yayıldığı ölkədir”

“Azərbaycan İslam dininin yayıldığı ölkədir”
05:21 7 Aprel 2015
69 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərbaycan İslam dininin yayıldığı ölkədir. Həmçinin bəşəriyyətin qədim beşiyi olub. Əldə edilmiş arxeoloji tapıntılar da buna dəlalət edir”. ANS PRESS-in məlumatına görə, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Ciddədə Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə verdiyi naharda deyib.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycanın ərəb dünyasına yardımından da söz açıb: “Azərbaycan əsas məsələmizə, işimizə - fələstinli qardaşlarımızın dəstəklənməsinə sadiqliyini nümayiş etdirib. Burada həm siyasi dəstək, siyasi təsisatlara dəstək, həm Qüdsün, Qəzzanın və bütün işğal edilmiş ərazilərin əhalisinə göstərilən birbaşa yardım nəzərdə tutulur.”

İyad bin Amin Mədəni həmçinin hər iki ölkənin əsas hissəsinin gənclər olduğunu vurğulayıb: “Bu sahədə Azərbaycanın irəli sürdüyü təşəbbüslər nümunəvidir və gənclərə hansı şəkildə yanaşmanın nümunəsi ola bilər. Gənclərdə gələcəyə ümidin, inamın olması çox mühüm məsələdir. Hər hansı mənfi, radikal ünsürlərə onların daxilində müqavimət olmalıdır.”

İƏT-in baş katibi Azərbaycanın Asiya ilə Avropa arasında körpü olduğunu diqqətə çatdırıb: “Ölkəniz İslam dininin yayıldığı ölkədir. Ölkəniz, həmçinin bəşəriyyətin qədim beşiyi olub. Əldə edilmiş arxeoloji tapıntılar da buna dəlalət edir. Azərbaycan Asiya ilə Avropa arasında körpüdür. Ölkəniz, həmçinin ən qədim vaxtlardan neft ilə zəngin ölkə olub. Bir sözlə, Azərbaycanın bu cür özünəməxsusluğu, tutduğu qəti mövqeyi və İslam Əməkdaşlıq Təşkilatında dəyərləndirdiyimiz hər bir məsələyə şəxsi diqqətiniz bizim üçün fərəh mənbəyidir, arxalandığımız meyardır və hesab edirik ki, ümumi dəyərlərimizə doğru irəlilədiyimiz yolda bunları daim hiss edəcəyik. BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi zamanı tutduğu mövqeyinə görə minnətdarıq”
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=336286

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR