Polşanı Rusiyadan qüllələr qoruyacaq

Polşanı Rusiyadan qüllələr qoruyacaq
05:46 7 Aprel 2015
54 Dünya
Ölkə mətbuatı
A- A+

Polşa Rusiyaya məxsus Kalininqrad eksklavı ilə sərhəddə müşahidə qüllələrinin tikintisinə başlayıb.

ANS PRESS-in məlumatına görə, xəbər verilir ki, hər birinin hündürlüyü 50 metr olacaq 6 qüllədən alınan videogörüntülər Polşanın sərhəd qoşunları komandanlığına ötürüləcək.

200 kilometrlik sərhəd xətti boyunca düzüləcək qüllələrin ümumi dəyəri 3, 8 milyon dollar olacaq. Bu vəsaitin 75 faizi Avropa İttifaqının sərhəd fondundan ayrılıb.

Xəbər verilir ki, qüllələrin tikintisi Rusiyanın Kalininqradda raketlər yerləşdirməsi ilə bağlı məlumatlara görə başlanıb. Polşa sərhəd qoşunları bildirir ki, hazırda qüllələrdə texniki qurğuların sınağı keçirilir.

Qeyd edək ki, qüllələr iyunun sonunadək istifadəyə veriləcək.
Mənbə
Azadlıq Radiosu



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336291

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR