"Gazprom" Avropa bazarlarında fəaliyyətini məhdudlaşdırır

"Gazprom" Avropa bazarlarında fəaliyyətini məhdudlaşdırır
05:52 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Rusiyanın "Gazprom" şirkəti Almaniyanın ən iri gazpaylaşdırıcı şəbəkəsinə sahib olan Verbundnetz Gas (VNG) şirkətindəki səhmlərini satışa çıxarıb.
"Report"un RBK agentliyinə istinadən verdiyi xəbərə görə, "Gazprom" nümayəndələri bildiriblər ki, VNG-nin 10.52 faizlik hissəsini satmaq istəyir.
Məsələyə aydınlıq gətirən "Gazprom"-daki mənbə deyib: "Strateji partnyor hesab etdiyimiz Wintershall Holding VNG-dəki payını satıb. Halbuki məhz bu holdinqlə sıx əməkdaşlıq edərək VNG-nin idaretməsində söz sahibi idik. Hazırda isə VNG-nin fəaliyyətinə real təsir imkanlarımız yoxdur. Bu səbəbdən dı səhmləri satmaq qərarına gəldik".

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/gazprom-avropa-bazarlarinda-fealiyyetini-mehdudlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR