Bakıda 35 yaşlı kişi naməlum şəraitdə bıçaqlandı

Bakıda 35 yaşlı kişi naməlum şəraitdə bıçaqlandı
06:46 7 Aprel 2015
160 Sosial
Ölkə mətbuatı
A- A+

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, rayon sakini 35 yaşlı Novruzov Şahin Məhərrəm oğlu bıçaqlandıqdan sonra Türkan adlı dostu tərəfindən 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Bədəninin müxtəlif nahiyələrindən xəsarət alan Şahin Novruzova həkimlər sol aşağı ətrafların kəsilmiş deşilmiş yarası diaqnozu qoyublar. Yaralı dərhal əməliyyat otağına çatdırılıb.

Hadisə barədə polisə də məlumat verilib. Məlum olub ki, qanlı hadisə Nərimanov rayonu ərazisində törədilib. Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar.

Zərərçəkmişin vəziyyəti ağır olduğu üçün polisə ifadə verə bilməyib. Bu səbəbdən də hələlik cinayətin hansı zəmində və kim tərəfindən törədilməsi məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.
Mənbə
ANS PRESS Ruslan Eldaroğlu



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=336298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR