Neftin qiyməti artdı

Neftin qiyməti artdı
05:56 7 Aprel 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

İranla "altılıq" ölkələri arasında əldə olunan razılıq fonunda neftin qiymətində dəyişiklik müşahidə olunsa da, bu, çox çəkməyib.

ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenidən bahalaşma qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 3 dollar (6.11%) artaraq 49,14 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 3.17 dollar (5.8%) bahalaşaraq 54,95 dollar olub.

Qeyd edək ki, ötən gün WTI neftinin qiyməti 1 barelə görə 50.57 dollar, Brent markalı neftin 1 barelinin qiyməti isə 56.48 dollar idi.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=336297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR