Qazaxda iki minik avtomobili toqquşdu - Xəsarət alanlar var

Qazaxda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Kommuna kəndi ərazisində qeydə alınıb.

“Opel” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər Qazax şəhər sakini - 1989-ci il təvəllüdlü Bəşirov Nadir Rəşad oğlu, 1991-ci il təvəllüdlü Mancanov Rəhman Abdi oğlu, 1989-cu il təvəllüdlü İbrahimov Rasim Nazim oğlu və Daş Salahlı kənd sakini 1966-cı il təvəllüdlü Teymuz Cəmalı Elman qızı müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.

Faktla balı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Azərbaycan 2 milyard dollarlıq təyyarə alır - Müqavilə imzalandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR