Pakistan Prezidentinin Azərbaycana səfəri gözlənilir

Pakistan Prezidentinin Azərbaycana səfəri gözlənilir
16:22 9 Yanvar 2015
118 Digər
Ölkə mətbuatı
A- A+

Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı yüksək səviyyədə aparılacaq danışıqların əsas mövzusu iqtisadi əməkdaşlığın inkişafı olacaq.

Bu barədə Trend-ə mənbə bildirib.

Onun sözlərinə görə, səfər mart ayına planlaşdırılıb. Hazırda hər iki ölkənin hökumətlərində yüksək səviyyəli səfərə hazırlıq gedir. Pakistan Prezidentinin səfəri zamanı imzalanacaq sazişlər paketi hazırlanır. Saziş iqtisadi sahədə iki ölkənin əməkdaşlığının bir sıra sahələrini əhatə edəcək.

Mənbə qeyd edib ki, tərəflər iqtisadi əməkdaşlığın səviyyəsini daha da yüksəltmək niyyətindədirlər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR