Hökumət tərəfindən 5 nazirlik ləğv olunacaq

Gürcüstan hökumətinin tərkibində struktur dəyişiklikləri aparılacaq.

Metbuat.az xəbər verir ki, hazırda fəaliyyət göstərən 18 nazirlikdən 5-i ləğv olunacaq.

Bunun nəticəsində İqtisadiyyat ilə Energetika, Mədəniyyət ilə İdman, Kənd Təsərrüfatı ilə Ətraf Mühit nazirlikləri birləşdiriləcək.

Bundan başqa, Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət nazirinin vəzifəsi ləğv olunacaq və bu struktur Xarici İşlər Nazirliyinə birləşdiriləcək.

Hökumətdəki kadr dəyişiklikləri barədə yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

Qurban Qurbanovun milliylə ilk toplanış vaxtı - Açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR