AZAL təyyarələrində siqaret QADAĞASI

AZAL təyyarələrində siqaret QADAĞASI
16:24 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

 

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin bütün aviareyslərində siqaret, qəlyan, siqar və elektron siqaret qurğularından istifadə qadağan edilib.


 

APA-Economics”in AZAL-a istinadən verdiyi məlumata görə, həmçinin elektron siqaret qurğularının qeydiyyata alınmış baqajda daşınmasına yol verilmir. Belə qurğuların sərnişinin əl çantasında daşınması tələb olunur.

 

Həmçinin bütün hallarda litium-metal batareyaların (UN 3090) AZAL-ın təyyarələri ilə yük və ya baqaj kimi daşınması qadağan edilib. Litium-metal batareyalar (bir dəfə istifadə olunan (enerji toplamayan) batareyalar) xüsusi avadanlığın daxilində və ya avadanlıqla birlikdə daşınan zaman (UN 3091) IATA-nın təhlükəli yüklərin daşınması qaydalarına uyğun olaraq daşınmaya hazırlanmalıdır.

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189875

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR