Play Store

“Bəzi səhvləri düzəltməliyik və müstəqil siyasət aparmalıyıq” - Saad Həriri

Livanın istefa verən Baş naziri Saad Həriri açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, Həriri açıqlamasında deyib: “Öz həyatıma əhəmiyyət vermirəm, məqsədim ölkəmi qurtarmaqdır. İstefamın normal olmadığının fərqindəyəm, ancaq bəzi təhlükəsizlik tədbirləri görməli idim. İstefa mətnini özüm qələmə almışam. Məqsədim böyük şok effekti yaratmaq idi. Livanda hazırda kritik vəziyyət olduğunu hamı bilir”.

“Hizbullah”ın siyasi partiya olaraq siyasət aparmağına qarşı olmadığını bildirən Həriri deyib: “Ancaq fikrimcə, “Hizbullah”ın ölkəni məhv etməyinə icazə verməməliyik. Ölkəmizdəki bəzi səhvləri düzəltməliyik və müstəqil siyasət aparmalıyıq”.

Səudiyyə Ərəbistanında azad olduğunu və istədiyi zaman istədiyi yerə gedə bildiyini deyən Həriri bildirib: “Kral Səlman məni oğlu kimi görür. Vəliəhd Şahzadə Məhəmməd bin Səlmana hörmət edirəm, o da mənə. Onunla bir çox mövzuda düşüncələrimiz ortaqdır. Ancaq bəzi mövzularda da fikir ayrılıqlarımız var”.

Həriri qeyd edib ki, Səudiyyə Ərəbistanında son zamanlar baş verən hadisələr və həbslərlə heç bir əlaqəsi yoxdur və bu, ölkənin daxili məsələsidir. Kral Səlman və vəliəhd Şahzadə Bin Səlmanın Livanın sabitliyi və azadlığına əhəmiyyət verdiyini bildirən Həriri deyib: “Səudiyyə Ərəbistanı, Livana iqtisadi dəstək verdiyi halda, İran heç bir dəstək göstərmir. Ölkəmizin sabitliyini həmişə birlikdə qorumalıyıq. Livan tərəfsizlik siyasətinə geri dönsə, istefamı geri götürəcəyəm”.

Həririnin sözlərinə görə, Livanın prezidenti Mişel Avnilə heç bir problemi yoxdur və çox yaxşı əlaqələri var: “Prezident Avnilə aramız çox yaxşıdır. Heç kimin öz mənfəətləri üçün Livan üzərindən regional döyüş elan etməyinə icazə verməyəcəyəm. “Hizbullah”, Livanın digər ərəb ölkələrilə əlaqəsinin fərqinə varmalıdır. İran ərəb ölkələrinin daxili işlərinə qarışmaqdan əl çəkməlidir. “Hizbullah”ın problemi sadəcə Livanın deyil, bölgənin problemidir. Ölkəyə geri dönməyim üçün çağırış edən livanlılara təşəkkür edirəm”.

Qeyd edək ki, bir neçə gün əvvəl Livanın baş naziri Saad Həriri həyatına ciddi təhlükə olduğunu əsas gətirərək, Səudiyyə Ərəbistanında istefasını açıqlayıb. O, canlı yayımda bildirib ki, hazırki vəziyyət mərhum atasına qarşı edilmiş sui-qəsd dövrünün ab-havasına bənzəyir. Baş nazir istefa nitqində İranı və “Hizbullah”ı günahlandırıb.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR