Sarkisyan dilənçiliyindən qalmadı

Sarkisyan dilənçiliyindən qalmadı
08:16 7 Aprel 2015
45 Dünya
Ölkə mətbuatı
A- A+

Mən böyük məmnuniyyətlə rusiyalı səhmdarları Ermənistanın iqtisadi inkişafında rol oynamağa dəvət edirəm.

ANS PRESS-in məlumatına görə, bu təklifi Ermənistan prezidenti Serj Sarkisyan “Rossiya 24” kanalının “Mneniya” verilişinə müsahibəsi zamanı səsləndirib.

“Ölkənin 11 min adda məhsulda Avropa İttifaqına güzəştli satış imkanı var. Bu o deməkdir ki, bu qədər adda mal ya güzəştli vergili ya da ümumiyyətlə vergisiz Avropa bazarına satıla bilər”.

Lakin, Ermənistan prezidenti unudub ki, ölkəsində ən böyük səhmdar olan Rusiya 1300 şirkətlə adı çəkdiyi bazarı tutub və bu şirkətlər əlverişsiz şəraitdə olan Ermənistana səhmləri iqtisadi yox, yalnız siyasi motivasiya ilə yatırırlar.

Əgər Ermənistanın həqiqətən də Avropa İttifaqı ilə sazişi indiki dövrdə iqtisadi əlverişli olsaydı onda prezidentin bu barədə məxsusi çağırışına heç ehtiyac belə olmazdı.

Bunların hamısını prezident yaxşı bilir. Lakin, nüfuzlu telekanalda müsahibəsi zamanı bir ölkə başçısının iqtisadiyyatdan danışmamağı düzgün olmazdı deyə, Sarkisyan qənimət qoparmaq niyyəti ilə növbəti dilənçiliyindən əl çəkməyib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=336311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR