Play Store

Səudiyyə Ərəbistanı təcili iclas çağırdı - İranla bağlı...

Səudiyyə Ərəbistanı, İranın region ölkələri üzərindəki müdaxilələrini qiymətləndirmək üçün Ərəb Birliyi üzvü ölkələrinin xarici işlər nazirləri səviyyəsində təcili iclas keçirmək çağırışı edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Misirin “MENA” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, Səudiyyə rəhbərliyi, iclasın gələn bazar keçirilməyini istəyir. Ancaq məsələ ilə bağlı hələ ki, Səudiyyə Ərəbistanı ilə Ərəb Birliyi rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Körfəz ölkələri, İranı İraq, Livan, Yəmən və Suriyanı xaosa sürükləməkdə günahlandırır. Buna, 4 noyabrda Livanın Baş naziri Saad Həririnin istefa verməyi də misal göstərilib.

Həriri istefa çıxışında “Hizbullah” və İranın bölgədə xaos yaratdığını bildirərək, ona qarşı sui-qəsd olacağından narahat olduğunu dilə gətirib.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR