Ağır qəzada 5 gənc yaralandı, biri öldü - FOTO

Ağır qəzada 5 gənc yaralandı, biri öldü - FOTO
08:17 7 Aprel 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə aprelin 6-da, saat 20.30 radələrində Ələt-Astara magistralının 202-ci kilometrliyində - yolun  rayonun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “VAZ-2106” markalı, 42 BH 038 dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetmədən çıxaraq yolun sağ tərəfinə çıxmaqla qarşı tərəfdən gələn, Astara şəhər sakini, 21 yaşlı Elvin Yusif oğlu Əlizadənin idarə etdiyi “Mersedes” markalı, 99 GU 706 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “VAZ-2106” markalı avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasedicilərinin səyləri nəticəsində xüsusi alət və avadanlıqların köməyi ilə deformasiyaya uğramış avtomobildə sıxılıb qalmış sərnişinlər - Lənkəran şəhər sakinləri, 19 yaşlı Ənvər Füzuli oğlu RəhimzadəMirabbas İlqar oğlu Rəhimov, Lənkəranın Şilavar kənd sakini, 18 yaşlı Həsən Gülağa oğlu Hüseynov çıxarılaraq təcili yardım maşınında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Onlardan Həsən Hüseynov aldığı çoxsaylı bədən xəsarətlərindən yarı yolda dünyasını dəyişib.
 
“Mersedes” markalı minik avtomobilinin sürücüsü ilə sərnişini, Astara şəhər sakini, 21 yaşlı Qulam Şücaət oğlu Qulamzadə də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların hər ikisinə müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. “VAZ-2106”-nın xəsarət almış iki sərnişini isə hazırda Lənkəran MRX-da həkim nəzarəti altındadır. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
 
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/333163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR