Play Store

Bu gün Ərdoğanla Putin görüşəcək - Soçidə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyaya səfər edəcək.

Metbuat.az-ın məlumatına görə, Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə görüşü nəzərdə tutulub. Məlumatda bildirilir ki, Yaxın Şərqdəki gərgin proseslər üçün Rusiya ilə yaxın təmasda olan Ankara üçün bu görüş böyük əhəmiyyət daşıyır.

Türkiyə və Rusiya liderlərinin Dağlıq Qarabağ məsələsini müzakirə edəcəkləri də gözlənilir. Bu barədə Türkiyə dövlət başçısı jurnalistlərə açıqlamasında bildirmişdi.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR