Bakı sakini bıçaqlanıb

Bakı sakini bıçaqlanıb
09:17 7 Aprel 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gecə Bakıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, gecə saatlarında 1 saylı Şəhər Klinik Xəstəxanasına müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə şəhər sakini, 35 yaşlı Şahin Məhərrəm oğlu Novruzov gətirilib.  Dostu olduğunu bildirən Türkan adlı şəxs tərəfindən xəstəxanaya çatdırılan yaralıya həkimlər sol bazu və sol sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Şahin Novruzov dərhal əməliyyat olunub.
 
Hadisə barədə polisə məlumat verilib. Məlum olub ki, cinayət Nərimanov rayonu ərazisində törədilib. Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar. Zərərçəkmişin vəziyyəti ağır olduğu üçün hələlik polisə ifadə verə bilməyib. Bu səbəbdən də cinayətin hansı zəmində və kim tərəfindən törədilməsi məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/333161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR