Play Store

Azərbaycanda güclü zəlzələ baş verəcək? - "Heç nə deyə bilmərik..."

Dünən yerli saatla 21:18 radələrində İran-İraq sərhədində, Süleymaniyə və Hələbcə şəhərlərinin kəsişmə nöqtəsi olan bölgədə 7.3 bal gücündə zəlzələ baş verib.

İlkin məlumatlara görə, İranda 200 nəfər ölüb, 2000 nəfər ağır yaralanıb. İraqda isə 6 nəfər həyatını itirib. Zəlzələ Türkiyənin şərq və cənub-şərqində, Azərbaycanın isə İranla sərhəddə olan rayonlarında, Naxçıvan Muxtar Respublikasında hiss edilib.

Türkiyəli professor Tuncay Taymaz açıqlamasında bildirib ki, İraqdakı zəlzələ nəticəsində 100-150 km uzunluğundakı seysmik tava böyük ehtimalla qırılıb. Bu isə yaxın 72 saat ərzində bölgədə gücü 7.5 bala qədər olan növbəti zəlzələnin ola biləcəyindən xəbər verir. Bölgədə daha bir təbii fəlakət olarsa, Azərbaycan və Türkiyə üçün də təhlükəli vəziyyət yarana bilər.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Respublika Seysmoloji Xidmət Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, həmin ərazidə avtoşoklar ola bilər:

"İranda baş verən zəlzələ güclüdür. Lakin biz həmin geostruktura daxil deyilik. Azərbaycan Alp-Himalay qırışıqlığında yerləşir. Bu da Xəzərin şimalından başlayaraq Himalay dağlarına qədər gedir. Azərbaycan başqa struktur üzərində yerləşdiyi üçün, İranda baş verən zəlzələ ilə əlaqəsi yoxdur. Sadəcə olaraq, ərazi yaxın olduğu üçün İranla sərhəd rayonlarda zəlzələ hiss olunub. İranda baş verən zəlzələnin Azərbaycanda da olacağı barədə heç nə deyə bilmərik. Bilirsiniz ki, zəlzələnin proqnozu yoxdur. Bu, türkiyəli alimin subyektiv fikridir. Heç kimin fikrinə şərh verə bilmərik. Güclü zəlzələdən sonra yerin tərkibində nələrsə dəyişir. Bu səbəblə, həmin ərzidə avtoşoklar davam edə bilər. Lakin başqa regionlara təsiri ilə bağlı heç nə deyə bilmərik”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bakıda ətin içindən qurd çıxdı – FOTOLAR – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR