7 yaşlı uşağı zorlayıb yandırdılar

7 yaşlı uşağı zorlayıb yandırdılar
09:27 7 Aprel 2015
110 Dünya
Ölkə mətbuatı
A- A+

Azyaşlı təcavüzçülərə müqavimət göstərdiyi üçün yandırılıb
Hindistanda növbəti dəfə vəhşicəsinə zorlama hadisəsi baş verib.

Anspress-in məlumatına görə, “Bild” qəzeti iki nəfərin 7 yaşlı oğlan uşağını zorlayaraq daha sonra yandırdığını bildirib.

Hindistanın Mumbay şəhəri yaxınlığındakı hadisə azyaşlı mağazaya gedərkən baş verib.

Azyaşlı uşağın təcavüzçülərə müqavimət göstərdiyi üçün yandırıldığı bildirilib.

Bədənində 30 faiz yanıq xəsarəti yaranan uşağın ölmədiyi və Mumbaydakı xəstəxanalardan birində olduğu bildirilir.

Qeyd edək ki, statistikaya görə, Hindistan zorlama hadisələrinə görə dünyada birinci yerdədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR