Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, sürücülər alternativ olaraq Ziya Bünyadov və Babək prospektlərindən istifadə edə bilərlər.
Eyni zamanda, Yusif Səfərov küçəsi (Cavanşir körpüsü istiqamətində), Bakı-Sumqayıt şosesi (Bakı Beynəlxalq Avtovağzalın qarşısı), Tbilisi prospekti (Nəqliyyat Nazirliyinin qarşısı) və Azadlıq prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsində nəqliyyatın hərəkətində sıxlıq var.