“Nar Mobile” loqosunu yeniləyib

“Nar Mobile”  loqosunu yeniləyib
09:36 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ilk “3G” operatoru “Azerfon” şirkəti “Nar Mobile” brendinin yeni loqosunu təqdim edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, 500 nəfər qonağın iştirak etdiyi yeni loqonun təqdimat mərasimində şirkət artıq 2 ildir ki, rebrendinqə hazırlaşdığını bildirib.
 
Rebrendinq çərçivəsində şirkət “Nar Mobile” brendinin loqosu ilə yanaşı, adını da yeniləyib. Belə ki, şirkət brendin adından "Mobile" sözünü ləğv edib və nəticədə xidmətlərini "Nar" brendi altında təqdim edəcək.
 
Yeni loqo "Landor", "Nar Garden" brend konsepti isə "Y&R Moscow" məşhur rebrendinq şirkətləri tərəfindən hazırlanıb.
 
 
Aynur Vəliyeva
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-36042-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR