Metbuat.az yazdı, problem həllini tapdı - "Kasıblar qrupu" ləğv edildi

Paytaxtın Yasamal rayonunda yerləşən 60 nömrəli uşaq bağça ilə bağlı bir müddət öncə saytımızda yazı dərc etmişdik.

Valideynlər bildirmişdilər ki, direktor Məsmə Quliyeva onlardan hər uşağa görə aylıq 50 manat pul istəyir, pulu verə bilməyən valideynlərin uşaqlarını isə yaratmış olduğu yeni qrupa yığır. Valideynlər arasında "Kasıblar qrupu" adlandırılan qrupda yaş fərqi olmayaraq, bütün uşaqlar eyni dərsi keçirlər. Bu da onların təhsil səviyyələrinə mənfi təsir göstərir.

Problem gündəmə gətirildikdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov icra hakimiyyətinin nümayəndələri ilə birlikdə şəxsən bağçaya gəlib. Valideynlər Metbuat.az-a bildiriblər ki, icra hakimiyyətinin başçısı şikayətlə bağlı bağçanın direktoru Məsmə Quliyevaya sərt xəbərdarlıq edib, uşaqlar isə əvvəllki qruplarına qaytarılıb.

Azərbaycanda güclü zəlzələ baş verəcək? - "Heç nə deyə bilmərik..." – OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR