ZƏLZƏLƏ: 380 ölü, 5953 yaralı var - İraqda / YENİLƏNİR

17:26: Son məlumatlara görə, İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 380 nəfərə çatıb. 5 min 953 yaralı var.

Dəhşətli zəlzələ İranda 8 şəhər və 526 kənddə dağıntılara səbəb olub.

16:38 - İran rəsmi mənbələrinin məlumatına görə, yaralıların sayı 5 min 953 nəfərə çatıb. Ölü sayında son rəqəm 350-dir.

14:11 - Zəlzələ nəticəsində ölənlərin sayı 350 nəfərə çatdı. İran mediasının məlumatına görə, İranda bu gün yenidən yerli saatla 11:29-da 4.4 bal gücündə zəlzələ baş verib.

Ölənlərin sayı durmadan artır.

12:41 - İraqda zəlzələ nəticəsində ölənlərin sayı 328 nəfərə çatıb. İraq mediasının məlumatına görə, yaralı sayı ən azı 2 min 500 nəfərdir.

Dünən yerli saatla 21:18 radələrində İran-İraq sərhədində, Süleymaniyə və Hələbcə şəhərlərinin kəsişmə nöqtəsi olan bölgədə 7.3 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, son məlumatlara görə, İranda 210 nəfər ölüb, ən azı 2000 nəfər ağır yaralanıb. Ölü sayının durmadan artdığı deyilir.

Qeyd edək ki, İran-İraq sərhədində baş verən zəlzələ Türkiyə, Suriya, Səudiyyə-Ərəbistanı, İsrail, Küveyt, Livan və İordaniyada da hiss edilib.

Aysel Yaqubqızı / Metbuat.az

Daha bir ölkədə güclü zəlzələ baş verdi - Dünya silkələnir...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR