Play Store

Donald Tramp çətin vəziyyətə düşdü - Filippində

Cənub-Şərqi Asiya Beynəlxalq Birliyinin (ASEAN) Maniladakı Beynəlxalq Konqres Mərkəzində 31-ci Liderlər Zirvəsinin açılışında 21 ölkənin dövlət və hökumət başçıları iştirak edib.

Metbuat.az-ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp Maniladakı açılış mərasimində ənənəvi əl tutmaq mərasimində təəccüblənib. Açılış mərasimində Dutertenin yanında olan Tramp ənənəvi əl tutmaq elanından sonra nə edəcəyini bilməyib. ASEAN Zirvəsində liderlər əllərini çarpaz tutaraq, yanındakı liderin əlindən tuturlar. Ətrafındakı liderlərin hərəkətinə baxıb təəccüb keçirən Trampın görüntüsü kameralara da düşüb. Trampın bu vəziyyəti liderləri də güldürüb.

Bu arada, Filippin prezidenti Rodriqo Duterte ev sahibliyini etdiyi Cənub-Şərqi Asiya Beynəlxalq Birliyinin (ASEAN) 31-ci Liderlər Zirvəsindən əvvəl təşkil edilən yeməkdə ABŞ prezidenti Donald Trampa jest edib.

“Ikaw” ("Sən") adlı sevgi mahnısını Filippinin məşhur müğənnisi Pilita Korraleslə birgə ifa edən Duterte, “ABŞ-ın baş komandiri Trampın istəyi ilə bu mahnını oxudum” deyib. Mahnıda “Sən mənim həyatımın nurusan, ürəyimin yarısısın” sözləri var.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR