Zəlzələdən daha pis xəbər: Əsgərlər atəş açdı - Şimali Koreya...

Yaralı Şimali Koreyalı əsgər Cənubi Koreyaya sığınıb.

Metbuat.az xəbər verir ki, Cənubi Koreya ordusundan verilən açıqlamaya görə, bu gün Şimali Koreyanın bir əsgəri “Panmunjom” qəsəbəsindən Cənubi Koreyaya girib. Əsgərin qaçarkən silahla vurulduğu və hazırda müalicə aldığı deyilir.

Qeyd edək ki, sözügedən qəsəbə bu gün düşmən olan iki dövlət arasındakı sərhədə verilən addır. Bu qəsəbədə yerləşən BMT-nin Atəşkəs Komissiyasının binası da bölünüb. Belə ki, binada yer alan müzakirə masasının bir hissəsi Şimali Koreya, digəri isə Cənubi Koreyaya aiddir. Masadakı sərhədin pozulmaması üçün 2 əsgər keşik çəkir.

Şimali və Cənubi Koreyanın səlahiyyətli nümayəndələri sözügedən masada görüş keçirirlər. Masada oturanların əllərini bir neçə santimetr irəli uzatması, müharibə vəziyyətində olan 2 ölkə arasındakı atəşkəsin pozulmasına səbəb ola bilər.

Aysel Yaqubqızı / Metbuat.az

ZƏLZƏLƏ: 210 nəfər ölüb, 2000 yaralı var - İraqda / YENİLƏNİR

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR