Prezident İraqın baş nazirinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İraqın Baş naziri Heydər əl-Abadiyə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Baş nazir, ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərdən olduqca kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR