"5-ci sinifdə oxuyanda nişanlandım, sevincimdən..." - ​Azərbaycanlı müğənni

“ARB” telekanalında yayımlanan “Səhər-səhər” verilişinin budəfəki qonağı müğənni Zeynəb Dostəliyeva olub.

Metbuat.az xəbər verir ki, müğənni veriliş əsnasında şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. İkinci evliliyindən danışan Z.Dostəliyeva deyib ki, həmin şəxslə görüşməyə başlayanda qızının 1 yaşı olub:

“Bir az sonra evləndik. Bu, ikinci evliliyim idi. Birinci nikahım uğurlu alınmadı. Əmim oğlu idi, istəmirdim onu. 5-ci sinifdə oxuyanda məni nişanladılar. Məktəbdə sevincək konfet paylayırdım uşaqlara. Üzüyü qızlara sevinə-sevinə göstərirdim. 5 il nişanlı qaldım. Əmim oğlu yaxşı insan idi. Amma ağlım kəsəndən sonra anladım ki, mənə qorxub çəkinəcəyim insan lazımdır”.

"Zöhrə Abdullayeva bizimlə amansız rəftar etdi" - FOTOLAR - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR