Azərbaycanlı hərbçidə erməni zabitinin qələmi - Üzərində arvadının adı yazılıb - FOTOLAR

Erməni terrorçusu Melkonyanın başını kəsməklə məşhurlaşan azərbaycanlı hərbiçi İbad Hüseynov öldürdüyü erməni terrorçusunun illərdir özündə saxladığı qələmini üzə çıxarıb.

Azərbaycanlı hərbiçi bu barədə Metbuat.az-a müsahibəsi zamanı bildirib.

“Cəsədini götürdüm, atdım böyürtkənliyə. Ayağında İsraildə hazırlanmış hərbi çəkmə vardı. Onu çıxartdım. Son vaxtlara kimi onu geyinirdim. Xəritəsini, sənədlərini, qələmini götürdüm. Qələm məndə durur hələ. Ermənicə arvadının adı yazılıb. Sənədləri və qələmlərindən başqa hamısını verdim hərbi hissəyə. Ağaclardan yarpaq yolub, yoldakı qanın üstünü örtdüm ki, görünməsin. Qayıtdım öz uşaqlarımın yanına. Məndə bir dənə qırıq fotoaparat vardı. Uşaqlar sevindilər, şəkillər çəkdilər. Ürəyimə dammışdı ki, nə isə baş verəcək”.


Müsahibənin tam mətni bu linkdə: İbad Hüseynov: Vətənpərvərlik hissi atom silahından da güclüdür - Qəhrəmanla MÜSAHİBƏ – Oxumaq üçün TIKLAYIN!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR