BAMF daha bir uğura imza atdı

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Qlobal Su, Təhlükəsizlik və Sağlamlıq İnstitutunun tərəfdaşı olub.

Bu barədə Metbuat.az-a Fonddan məlumat verilib.

BAMF-ın prezidenti Umud Mirzəyev və Fondun əməkdaşları BMT Cenevrə ofisinin Sülh Həftəsi çərçivəsində təşkil olunan tədbirlərə qatılıblar. Tədbirlər çərçivəsində U.Mirzəyev əvvəlcədən planlaşdırıldığı kimi, baş ofisi Cenevrədə yerləşən Qlobal Su, Təhlükəsizlik və Sağlamlıq İnstitutunun (QSTSİ) Baş Direktoru doktor Nidal Salimlə görüşüb. Görüş zamanı qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi regionda sülh və dayanıqlı inkişaf təşəbbüslərinin birgə dəstəklənməsi, müharibənin yaratdığı humanitar fəlakətlərin dünyaya çütdırılmasına dair müzakirələr aparılıb.

BAMF prezidenti Qarabağ münaqişəsi səbəbindən Azərbaycanın bir sıra su hövzələrinin işğal altında qaldığını, eləcə də müharibə səbəbindən nəzarətsiz qalıb və işğal altında olan çayların, su hövzələrinin çirkləndirilməsini, bu su hövzələrindən düzgün istifadə edilməməsini beynəlxalq hüququn prinsip və normalarına zidd olduğunu qeyd edib. N.Salim Qafqazda baş verən münaqişələrin fəsadları ilə tanış olduğunu və Azərbaycan ərazilərinin işğalı nəticəsində su hövzələrinə vurulan mənfi təsirin qarşısının alınması üçün birgə fəaliyyəti yüksək dəyərləndirdiyini qeyd edib.

N.Salim 2018-ci ilin mart ayında BMT-nin Su Təşkilatı, BMT Ətraf mühiti və digər agentliklər tərəfindən Braziliyada keçirilməsi nəzərdə tutulan Beynəlxalq Su Forumunda dünya üzrə vətəndaş cəmiyyəti forumlarının fəaliyyətini kordinasiya etdiyini ifadə edib. O, forumun Dünya Su Konqresinə hazırlıq olduğunu bildirib və BAMF-ın humanitar fəaliyyətlərinin tədbir çərçivəsində işıqlandırılmasına hazır olduğunu qeyd edib. Doktor Nadal müharibə nəticəsində Azərbaycanın üzləşdiyi su problemlərinin beynəlxalq tədbirlər çərçivəsində birgə gündəmə gətirilməsi üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyətinə toxunub.

BAMF prezidenti U.Mirzəyev sülh və ətraf mühitin qorunması kimi məsələlərin daim diqqətdə saxlanılması məqsədi ilə Qlobal Su, Təhlükəsizlik və Sağlamlıq İnstitutu ilə birgə sessiyaların, paralel tədbirlərin keçirilməsinin uğurlu nəticələrinə inandığını ifadə edib. Sonda dünya su problemlərinin, su təhlükəsizliyi məsələlərinin araşdırılması və dünyaya çatdırılması, su ehtiyatlarından hər kəsin azad istifadə imkanlarının gücləndirilməsi məqsədi ilə hər iki təşkilat arasında BMT Cenevrə ofisində qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, BAMF və QSTSİ Qafqazda, Orta Asiyada, Yaxın Şərq ölkələrində, Afrikada və post Sovet məkanında su və təhlüksəizlik kimi məsələləri birgə tədqiq edərək müharibədən zərərçəkmiş şəxslərin sosial imkanlarının gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Qlobal Su, Təhlükəsizlik və Sağlamlıq İnstitutu UNESCO Su Məsələləri üzrə İnstitutun, Dünya Su Şurasının, Asiya Su Şurasının, Beynəlxalq Su Ehtiyatları Asossiasiyasının və İsveçrə Su Əməkdaşlığı Təşkilatının idarə heyətində təmsil olunur. Qurum BMT-nin Sosial-İqtisadi Şurasının məşvərətçi statuslu üzvüdür.

Səfirlik: Xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR