Zəlzələ ilə bağlı daha bir dəhşətli proqnoz

İstanbul Texniki Universitetin Geofizika Mühəndisliyi fakültəsinin professoru Əhməd Ərcan İran-İraq sərhədində baş verən zəlzələni şərh edib.

Metbuat.az xəbər verir ki, professorun sözlərinə görə, zəlzələ 30 saniyə davam edib. Bu zəlzələ ilə yerdən 150 atom bombası gücündə gərginlik boşalıb. Qırılma xətti boyunca Yer 2 metr 40 sm yerini dəyişib. Zəlzələnin dağıntı gücü 10, yerdə əmələ gətirdiyi qırılma xətti 40 ilə 45 km-dir. Hazırda qırılma xəttinin bir ucu Türkiyə ərazisindədir.

Professor əlavə edib ki, zəlzələnin avtoşokları 10 gün, təsiri isə 1 həftə davam edəcək.

Aysel Yaqubqızı / Metbuat.az

ZƏLZƏLƏ: 350 nəfər ölüb, 2500 yaralı var - İraqda / YENİLƏNİR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR