Aktrisa tanınmaz hala düşdü (FOTO)

Aktrisa tanınmaz hala düşdü (FOTO)
09:01 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

"Aşkı memnu", "Adını Feriha qoydum" kimi seriallar ilə ulduzu parlayan Türkiyənin gənc və perespektivli ulduzlarından biri Hazal Kaya yeni imici ilə hamını təəccübləndirə bilib. ANS PRESS-in məlumatına görə, "Maral" serialı ilə tamaşaçı qarşısına çıxan Hazal barəsindəki maraqlı faktları "BeStyle" jurnalına açıqlayıb.

"Ailənin balaca qızını oynamaqdan bezdin?" sualına cavabında aktrisa bu sayədə hələ uzun müddət çörək qazana biləcəyini deyib. "24 yaşındayam. Amma balaca görünürəm. Bu sayədə hələ uzun müddət qazana biləcəyəm. Əvvəl axır böyük qadın rollarını da ifa edəcəyəm".

Gənc aktrisa qarşı cinsdə nəyi bəyəndiyini də açıqlayıb. O, kişilərdə ilk növbədə zəkaya üstünlük verdiyini deyib. "Qarşımdakı insan çox pis geyinə bilər. Amma əsas düşüncəsi yaxşı olsun".









Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=336314

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR