​Azərbaycan Mərkəzi Bankı yeni devalvasiyaya start verib

​Azərbaycan Mərkəzi Bankı yeni devalvasiyaya start verib
09:02 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəz Bankı (AMB) bu gün ABŞ dollarının rəsmi məzənnəsini birdən-birə 9 qəpik ucuzlaşdıraraq 1,0487 AZN səviyyəsindən 1,0496 AZN-ə qədər artırıb. Bu, fevralın 21-də həyata keçirilən devalvasiyadan sonra dolların milli valyutaya qarşı ən ciddi möhkəmlənməsidir.
"Report"un analitik qrupu AMB-nin bu qərarını yumşaq devalvasiyanın ilk addımı kimi qiymətləndirir. Nəticədə, qarşıdakı günlərdə manatın dəyərinin düşməsi prosesinin davam edecəyi gözlənilir.
"Report" dünya bazarında neftin bahalaşdığı bir dövrdə Mərkəzi Bankın bu addımı zamansız sayır: "Bu gün yumşaq devalvasiya neftin qiymətinin artmağa başladığı bir zamanda baş verir. Yəni, neftin qiyməti müəyyən müddət yüksəldikdən sonra yenidən ucuzlaşmağa başladıqda, devalvasiyanın üçüncü mərhələsinin şahidi olacağıq. Bunun isə ölkə iqtisadiyyatı üçün ümumən təsiri mənfi olacaq". 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-merkezi-banki-yeni-devalvasiyaya-start-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR