Miri Yusifin çəkildiyi film təqdim olundu - VİDEO - FOTO

Miri Yusifin çəkildiyi film təqdim olundu - VİDEO - FOTO
10:05 7 Aprel 2015
744 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli Osman Albayrağın rejissorluğu ilə ərsəyə gələn "Yarımdünya" filminin qala-gecəsi baş tutub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, ekran işində əsas rollarda müğənni Miri Yusif, aparıcı Tural Əsədov, model Gülsara, aktrisa Pərvin Abıyeva Qurban İsmayılov çəkiliblər.

Filmlə bağlı təəssüratlarını bölüşən Miri Yusif bunları deyib:

"Filmə ilk dəfə təqdimat günü baxdım. Bir aya yaxın vaxt ərzində çəkilişlər başa çatdı. Ssenari mənə veriləndə rejissordan bir istəyim var idi: danışıq tərzimi olduğu kimi saxlamaq. Çünki mən gündəlik həyatda dostlarımla necə danışıramsa, burada da elə olmalı idi. Bura söyüş də daxildir. Məncə, belə daha maraqlı alınıb. Filmdə aktyor Kamran Ağabalayevin məni döydüyü səhnələr realdır. Burnumda əyrilik var idi. Türkiyəyə müalicəyə gedəcəkdim. Kamran vurdu, düzəldi. Sağ olsun" (gülür).

T.Əsədov "Yarımdünya" ilə bağlı #sevgiyoxdur haştaqını yaratdıqlarını bildirib:

"Bu cür etdik ki, hər kəsdə maraq doğursun. Bu, düşünülmüş addım idi. Sevgi var, ya yoxdur?"

Rejissor Osman Albayraq isə aktyor heyətindən razılıq edib:

“Hər kəs öz obrazının öhdəsindən layiqincə gəldi".

Əlavə edək ki, ekran işinin ssenari müəllifi Mehmet Ulukan, prodüseri isə Tural Əsədovun özüdür. Filmdə səslənən bütün mahnılar Miri Yusifə məxsusdur.

Qala-gecə sənət aləminin tanınmış simalarının iştirakı ilə keçirilib.

Qeyd edək ki, film aprelin 9-dan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.

Milli.Az





Videonu izləmək üçün şəklə klikləyin.

фото




























Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/333175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR