Maşın yarğana yuvarlandı (FOTO)

Maşın yarğana yuvarlandı (FOTO)
16:31 9 Yanvar 2015
171 Ölkə
Ölkə mətbuatı
A- A+

Yolların qarlı və buzlu olması səbəbindən Bakı-Quba yolunda minik maşını dərəyə yuvarlanıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə saat 15:30-da qeydə alınıb.

Belə ki, Bakı-Quba-Rusiya yolunun Şabran ərazisində keçən hissəsində “VAZ-2107” markalı minik maşını idarəetməni itirib. Nəticədə maşın yoldan çıxıb.

Avtomobil bir neçə metr sürüşdükdən sonra yol kənarındakı yarğana yuvarlanıb.

Xoşbəxtlikdən sürücü qəzadan xəsarətsiz ötüşüb.

ANS PRESS-in bölgə müxbiri yarğana yuvarlanan maşının görüntülərini çəkib.

Həmin fotoları təqdim edirik:






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318695

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR