Tarixi razılaşmadan sonra İran-Azərbaycan münasibətləri necə olacaq? - EKSPERT RƏYİ

Tarixi razılaşmadan sonra İran-Azərbaycan münasibətləri necə olacaq? - EKSPERT RƏYİ
10:05 7 Aprel 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

Ötən həftənin ən mühüm hadisələrindən biri də İran ilə "altılıq" ölkələri arasında nüvə danışıqlarına yekun vurulması oldu. İranın üzərindən sanksiyaların götürülməsi qərarına gəlindi. Bunun müqabilində İran da bir sıra öhdəlikləri qəbul etdi.

Bəs bundan sonra nə olacaq?

Milli.Az xəbər verir ki, İran ətrafında baş verənlərin dünyaya və ölkəmizə təsiri barədə Day.Az saytı ABŞ-ın İndiana Universitetinin Mərkəzi Avrasiya kafedrasının rəhbəri, professor Cəmşid Çoksidən müsahibə götürüb.

Ekspert hesab edir ki, tarixi anlaşmadan sonra İranla Qərb ölkələri arasında münasibətlər tədricən normallaşacaq. Sonradan isə İran qlobal sistemlərə yenidən inteqrasiya olunacaq.

"İran İslam Respublikası ABŞ və Qərb, İsrail, Yaxın Şərqdəki və Qafqazdakı qonşularının ünvanlarına təhdidləri dayandırmalıdır. Terror təşkilatlarına və separatçı qruplara da dəstəyini kəsməlidir. Dünya ölkələri ilə məsuliyyətli tərəfdaş kimi işləməlidir ki, bütöv inteqrasiya baş versin", - o əlavə edib

Cəmşid Çoksinin sözlərinə görə, bundan sonra İran əmin olacaq ki, ABŞ ona hücum etməyəcək və hücumda Azərbaycanın hər hansı bir yardımından istifadə edilməyəcək.

"Beləliklə, Azərbaycanla İran arasındakı gərginlik azalacaq. Bundan başqa, sanksiyaların götürülməsi iki ölkə arasında mal dövriyyəsinin artmasına da gətirib çıxaracaq. İqtisadiyyata müsbət təsir göstərəcək", - o vurğulayıb.

Müsahibənin tam mətnini bu keçiddə rus dilində oxuya bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/333171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR