Simsiz enerjidoldurma bazarında kəskin artım gözlənilir

Simsiz enerjidoldurma bazarında kəskin artım gözlənilir
09:06 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bir neçə il bundan əvvəl mobil qurğularda akkumulyatorların enerji ilə simsiz doldurulması kifayət qədər nadir idi, indi bir çox istehsalçılar onu tətbiq edirlər.
 
Enerjinin simsiz ötürülməsi texnologiyasının inkişafının əsas tərəfdarlarından biri “Samsung” şirkətidir. “IHS Technology” analitiklərinin fikrincə, şirkətin yeni qabaqcıl smartfonları simsiz enerjidoldurma qurğuları bazarına güclü təkan verəcək.
 
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklərin proqnozuna görə, 2024-cü ildə simsiz enerjidoldurma qurğuları üçün qəbuledicilərin qlobal tədarükü 2 milyarda çatacaq. 2014-cü ildə bu göstərici 55 milyon olub. Ötən ilin nəticəsinə görə, bu məhsulun satış həcmi 1,7 milyard dollar məbləğində qiymətləndirilir, 2024-cü ildə bu göstərici 15 milyard dollaradək yüksələ bilər.
 
 
"2015-ci il enerjinin simsiz ötürülməsi texnologiyası üçün əlamətdar il ola bilər" – “IHS Technology” şirkətinin tədqiqatlar bölməsinin direktoru Devid Qrin deyib. Onun proqnozuna əsasən, cari ildə simsiz enerjidoldurma qurğuları üçün təxminən 120 milyon qəbuledici satılacaq. 10 aprel tarixində satışa çıxarılacaq “Samsung Galaxy S6” və “Galaxy S6 Edge” smartfonları bu bazara güclü təsir göstərəcək.
 
 
Enerjinin simsiz ötürülməsi texnologiyasının danılmaz üstünlüklərinə baxmayaraq, insanlar hələ bu haqda az məlumatlıdırlar. “IHS” şirkətinin mütəxəssislərinin sorğusuna əsasən, on istifadəçidən altısı bu texnologiya haqda xəbərsizdir.
 
 
Emil Hüseynov
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-36044-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR