Makedoniya prezidenti Azərbaycana gələcək

10:07 7 Aprel 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 10:01 ]


Bakı – APA. Makedoniya prezidenti George İvanov aprelin sonunda Azərbaycana səfərə gələcək. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd aprelin 27-30-da Bakıda təşkil ediləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir. Komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Forumda 10-dan çox ölkənin hazırkı prezidenti, baş naziri və xarici işlər nazirinin iştirakı planlaşdırılır.

 

Ümumilikdə isə forumda əksəriyyəti sabiq dövlət və hökumət başçıları, siyasi xadimlər, elm adamları və ekspertlər olmaqla, 350-yə yaxın nümayəndənin iştirakı nəzərdə tutulub. Toplantıda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra qlobal problemləri geniş müzakirə edəcək, onların həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparacaqlar.

 

Xatırladaq ki, Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilib.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378643

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR