ABŞ-da 100 yaşlı kişi həyat yoldaşını baltaladıqdan sonra özünü öldürüb

10:12 7 Aprel 2015
51 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 10:06 ]

Bakı - APA. ABŞ-ın Nyu-Cersi ştatının 100 yaşlı sakini balta ilə 88 yaşlı həyat yoldaşını doğradıqdan sonra intihar edib.

APA-nın “NBS News”a istinadən verdiyi məlumata görə, hadisə Elmvud Park şəhərindəki evlərdən birində, aprelin 5-də gecə baş verib.

 

Hüquq-mühafizə orqanlarının nümayəndələri hadisə yerinə yetişəndə iki cəsədlə qarşılaşıblar. Qadının cəsədi yataq, kişinin cəsədi isə hamam otağında tapılıb. Polis Maykl Caskinin həyat yoldaşı Rosalia Caskini yuxuda olarkən öldürdüyünü, ardınca isə özünü bıçaqla vuraraq intihar etdiyini güman edir.

 

İstintaqçılar polis əməkdaşlarını hadisə yerinə cütlüyün qohumlarından birinin çağırdığını müəyyən edib. Ehtimala görə, hadisə zamanı evdə ər-arvaddan başqa heç kim olmayıb. Hadisənin motivləri araşdırılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378644

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR