Kayahanın ailəsi çiçək satıcılarını əsəbləşdirdi

Kayahanın ailəsi çiçək satıcılarını əsəbləşdirdi
10:12 7 Aprel 2015
52 Dünya
Ölkə mətbuatı
A- A+

Çiçəkçilər çıxılmaz vəziyyətə düşdüklərini iddia ediblər
Ötən həftə dünyasını dəyişən Türkiyənin məşhur müğənnisi Kayahanın ailəsinin cənazə mərasiminə əklil göndərilməməsini xahiş etməsi ölkədəki çiçəkçiləri hiddətləndirib.

Anspress-in məlumatına görə, Ankara Çiçəkçilər Palatasının sədri Mətin Aydəmir facebook səhifəsində bu tələbə kəskin reaksiya bildirib. Sədr həmçinin ailəsini Kayahanın ölüsünə də hörmət etməməkdə ittiham edib. Aydəmir ailənin “əklil pulu ilə bir fonda dəstək” tələbinin çiçəkçilik sektorunu çıxılmaz vəziyyətə saldığını deyib.

“Türkiyənin böyük sənətçilərindən olan Kayahanın vəfatı ölkəmizdəki rayonlar və bölgələr də daxil olmaqla bu sahədə çörək pulu qazanan on minlərlə mənsubumuzu dərindən kədərləndirib. Mərhuma Allahdan rəhmət, ailəsinə və sevənlərinə başsağlığı veririk. Amma biz hesab edirik ki, Türkiyədə sənətlə çiçək ayrılmaz bir bütündür. Son baş vermiş hadisədə də olduğu kimi vəfat edənlərin yaxınlarının cənazə mərasiminə əklil göndərilməməsi və həmin məbləğin bir fonda verilməsi istiqamətində xəbərdarlıqları bizi həqiqətən çıxılmaz vəziyyətə salır”.

Sədr vurğulayıb ki, hər hansı bir fonda pul bağışlamaq üçün kiminsə ölməsini gözləmək lazım deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR