Vaşinqtonun siyasəti sülh və sabitliyə yönəlməyib -

ABŞ səfərini başa vuran Türkiyənin baş naziri Binəli Yıldırım Si-En-En telekanalına açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, o bildirib ki, Vaşinqtonun Yaxın Şərq regionunda siyasəti sülh və sabitliyə yönəlməyib. Yıldırım Birləşmiş Ştatların PKK-nın Suriya qanadları olan PYD-YPG terror qruplaşmalarına dəstək verdiyini açıqlayıb. Bu qruplaşmalar isə öz növbəsində Türkiyənin milli təhlükəsizliyinə birbaşa təhdiddir.

Baş nazir Birləşmiş Ştatlarla İran arasında münasibətlərə də toxunaraq qeyd edib ki, Vaşinqtonun “5+1” formatında imzalanmış nüvə anlaşmasını tərk etməsi hüquqi nöqteyi-nəzərdən qüvvəsini itirməyəcək. Çünki, anlaşma çoxtərəflidir

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR