Astarada gecə dəhşəti: ölən və yaralananlar var

Astarada gecə dəhşəti: ölən və yaralananlar var
09:21 7 Aprel 2015
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün axşam saat 20-21 radələrində Ələt-Astara yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə yolun 202-ci kilometrliyində, Astara rayonu ərazisində qeydə alınıb.

Astara şəhər sakini 1986-cı il təvəllüdlü Vasif Şəfadət oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil ilə şəxsiyyəti hələlik məlum olmayan şəxsin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub.

Zərbənin təsirindən hər iki maşın deformasiyaya uğrayıb. Hadisədə bir nəfər ölüb, 5 nəfər yaralanıb.

"VAZ" markalı avtomobildə olan sərnişin 1997-ci il təvəllüdlü Həsən Gülağa oğlu Hüseynovdur.

Yaralılardan 1996-cı il təvəllüdlü Mirabbas İlqar oğlu Rəhimov, 1996-cı il təvəllüdlü Əkbər Füzuli oğlu Rəhmətzadə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onların "VAZ" markalı maşında sərnişin olduğu bildirilir. Bundan başqa, "VAZ"-dakı maşının sürücüsünün vəziyyəti daha ağırdır. Onun komada olduğu bildirilir.

Qəza nəticəsində "Mercedes"in sərnişinləri 1996-cı il təvəllüdlü Qulam Şücaət oğlu Qulamzadə və 1994-cü il təvəllüdlü Elvin Yusif oğlu Əlizadədir. Onların vəziyyəti nisbətən yaxşıdır.

Qeyd edək ki, qəza nəticəsində "Mercedes" markalı maşının sürücüsü xəsarət almayıb.

İlkin ehtimala görə, qəza sürət həddinin aşması və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsidir.

Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.
Mənbə
ANS PRESS, Esmira İsmayılova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=336329

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR