Rahoy Barselonaya səfər etdi -

Kataloniya Madridin birbaşa idarəçiliyinə keçdikdən sonra baş nazir Mariano Rahoy ilk dəfə bu bölgəyə səfər edib.

Metbuat.az-ın məlumatına görə, Onun səfərinin məqsədi regionun ayrılması əleyhinə çıxış edənləri dəstəkləməkdir. Barselonada Rahoy, partiyadaşı və Kataloniya parlamentində mühafizəkar Xalq Partiyası fraksiyasının rəhbəri Xavier Qarciya Albiolun seçkiqabağı mitinqində iştirak edib.

Rajoy dekabrın 21-də keçiriləcək seçkilərin "separatçılıq gərginliyinə" son qoyacağına ümid etdiyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR