Play Store

İraqda kütləvi məzarlıq tapıldı - Azı 400 cəsəd çıxarıldı

İraqın Kərkük şəhərində kütləvi məzarlıq aşkar edilib.

Metbuat.az-ın məlumatına görə, ABŞ-a məxsus keçmiş hərbi bazanın ərazisində tapılan məzarlıqda 400 cəsədin olduğu bildirilir.

Öldürülənlərin əksəriyyəti kişilərdir. Məlumata görə, qətliam İŞİD terror təşkilatı tərəfindən törədilib.

Cəsədlərin əksəriyyətinin üzərində işgəncə əlamətləri var. Qeyd edək ki, İraq ordusu Kərkük əyalətini İŞİD terrorçularından 2 ay əvvəl təmizləyib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR