Play Store

Saakaşvili söz verdi - "Yeni ili Poroşenkosuz qarşılayacaqsız"

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, “Yeni qüvvələr hərəkatı”nın lideri Mixeil Saakaşvili ukraynalılara söz verib ki, Yeni ili prezident Petro Poroşenkosuz qarşılayacaqlar.

Metbuat.az-ın məlumatına görə, o özünün Tvitter səhifəsində tərəfdarlarını dekabrın 3-dən etibarən meydanlarda fəal olmağa çağırıb.

Saakaşvili bildirib ki, oktyabrın 17-dən başlanan etiraz aksiyaları bundan sonra hər bazar günü paytaxt Kiyevin hökumət binalarının yerləşdiyi ərazidə keçiriləcək. Sabiq qubernator mitinq iştirakçılarını aksiyalardan birbaşa bağlantı etməyə də çağırıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR