Kamilə Babayeva: "Könüldən elə addım gözləmirdim"

Kamilə Babayeva: "Könüldən elə addım gözləmirdim"
09:22 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Aparıcı Kamilə Babayeva ATV-də yayımlanacaq “5-ci element” verilişinin gecikmə səbəblərini açıqlayıb.

Axşam.az-ın əməkdaşı ilə söhbətində aparıcı layihənin payızda efirə gedəcəyini bildirib:
 
“Dörd elementi (Kamilə Babayeva, Hüsniyyə Məhərrəmova, Rüfət Ağayev, Ranar Musayev - red.) bir araya gətirmək çətindir. Aramızda olan iki aparıcımızın bu mövsüm işləri çıxdı. Bu həm iş, həm də maddi maraq tərəfdən onlara uğur gətirəcək. Veriliş hazırdır, amma mayda iki bölüm təqdim edib, yenidən tətilə getmək istəmədik. Kanal və komanda dəyişilməz olaraq qalır. Layihə payızda efirə gedəcək”.
 
K.Babayeva “Tərkedilmiş” filminin qala-gecəsində aktrisa Könül Nağıyevanın səhnədən ona təşəkkür etməsinə də münasibət bildirib:
 
“Tam səmimi deyirəm, Könüldən elə addım gözləmirdim. Mənə sürpriz oldu. O sözlərin dəyəri hər şeydən üstün idi”.
 
Uzun fasilədən sonra yenidən efirə qayıdan aparıcı təkliflər gözlədiyini bildirib:
“Ana olmazdan əvvəl film, serial təklifləri alırdım. Artıq yoxdur. İndi geri qayıtmışam, bütün təkliflərə açığam”.
K.Babayeva hazırda aparıcılarda tez-tez rast gəlinən dil qüsurlarından danışaraq: “Bu, böyük problemdir. İndi elə qüsurlar çoxdur. Səmimiyyət başqadır. Bunu peşəkarlıqla qarışdırmasınlar. Bu cür qüsurlara münasibətim neqativdir”, - deyə söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/333181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR